Tədris mərkəzinizin tam ERP sistemi. Ayda cəmi 120 manata.

Dərsə nəzarət, tələbə performansı, maliyyə, CRM və valideyn portalı bir sistemdə. Server xidməti daxildir, istifadəçi limiti yoxdur.

* Şərtlər fərdi təklifdə təqdim olunur.

  • 3 iş günündə quraşdırma
  • İstifadəçi limiti yoxdur
  • Android və iOS valideyn tətbiqi
  • Valideynə hər gün hesabat
demo.tedra.az
TEDRA ERP — Dashboard
  • Rəhbər
  • Müəllim
  • Valideyn
Hədiyyə

2 və ya daha çox filialınız var? Saytınız bizdən hədiyyə.

Zəncir tədris mərkəzləri TEDRA-ya keçəndə mərkəz üçün peşəkar veb saytı hədiyyə edirik.

* Şərtlər fərdi təklifdə təqdim olunur.
Hədiyyəni alın
Gündəlik valideyn hesabatı

Hər axşam valideyn övladının gününü bilir.

Davamiyyət, dərs aktivliyi, ev tapşırığı və imtahan nəticəsi bir hesabatda toplanır. Valideyn «uşağım necə oxuyur?» deyə zəng etmir, cavabı hər gün telefonunda görür.

  • Rəqəm yox, aydın nəticəGüclü tərəf və diqqət tələb edən mövzu ayrıca göstərilir.
  • Problem ilk gün görünürGeriləmə ay sonunda yox, başladığı gün valideynin diqqətinə çatır.
  • Müəllimə əlavə iş yoxdurHesabat dərsdə daxil edilən məlumatdan yaranır, müəllim ayrıca yazmır.
  • Valideyn nəticəni görürÖdədiyi təhsilin qarşılığını hər gün görən valideyn kursa daha çox güvənir.
Aynurun günüNümunə

Bu gün · 19:00

Davamiyyət2 / 2
Dərs aktivliyi90%
Ev tapşırığı3 / 4
İmtahan nəticəsi87 / 100

Riyaziyyatda nəticə yüksəlir.

Kəsrlər mövzusunu təkrar etsin.

Sizə nə qazandırır

Üç şeyi geri alırsınız: pulunuzu, vaxtınızı, nəzarətinizi

1Pulunuz

Heç bir dərs hesabsız qalmır

Keçilən dərs borca, borc xatırlatmaya, xatırlatma ödənişə çevrilir. Kim gecikir, dərhal görürsünüz.

2Vaxtınız

Ay sonu hesablaması bitir

Borc, müəllim maaşı və hesabat özü hazırlanır. Excel-də saatlarla oturmursunuz.

3Nəzarətiniz

Mərkəzdə olmasanız da hər şeyi görürsünüz

Daxilolma, xərc, müəllim payı və filial fərqi bir ekrandadır. Rəhbər panelində məlumatı heç kim təsadüfən dəyişə bilmir.

Tədris və idarəetmə birləşir

Dərs bitdi. Borc yazıldı, maaş hesablandı, valideyn xəbər tutdu.

Adi proqramlar ya ödənişi, ya da tədrisi idarə edir. TEDRA ikisini bir axına bağlayır: müəllimin hər addımı rəhbərin rəqəminə və valideynin ekranına çevrilir.

SinifdəTEDRA-da

Müəllim dərs proqramı üzrə mövzunu keçir

Mövzu dərs jurnalına düşür, proqramın gedişi görünür

Davamiyyət təsdiqlənir

Borc yazılır, valideynə bildiriş gedir, maaş üçün dərs faktı yaranır

Müəllim qiymət yazır

Qiymət tələbə kartına və valideyn portalına düşür

Sınaq imtahanı keçirilir

Nəticələr avtomatik hesablanır, tələbənin inkişafı analitikada görünür

Onlayn dərs təyin olunur

Qoşulma linki tələbə və valideynin ekranında görünür

Müəllim material paylaşır

Material dərhal tələbənin əlinin altındadır

Müəllim üçün

Jurnal, davamiyyət, qiymət və material bir ekrandadır. Dərsdən sonra əlavə kağız işi qalmır.

Rəhbər üçün

Tədrisin keyfiyyətini və maliyyə nəticəsini yan-yana görür: davamiyyət, nəticə, gəlir.

Valideyn üçün

Övladının davamiyyətini, qiymətini, imtahan nəticəsini və ödənişini portalda izləyir.

Bir sistem, bütün mərkəz

TEDRA dərs cədvəli proqramı deyil, mərkəzin tam idarəetmə sistemidir

Tədris işi, maliyyə, kadrlar, valideynlə əlaqə və dövlət sistemləri bir yerdədir. Ayrı proqram almağa ehtiyac qalmır.

Maliyyə uçotu

Hesablama, ödəniş, xərc və balans bir modulda aparılır, hər əməliyyatın izi qalır.

Gold və VIP paketlərində

Elektron Qaimə

Elektron Qaimə inteqrasiyası sistemin içindədir, sənədlər üçün ayrıca proqrama keçmirsiniz.

Gold və VIP paketlərində

ƏMAS

ƏMAS inteqrasiyası ilə məlumatı iki yerdə ayrı-ayrı yazmırsınız.

Gold və VIP paketlərində

HR və kadrlar

İşçi kartı, müqavilə, məzuniyyət, davamiyyət və əmək haqqı bir yerdə idarə olunur.

CRM

Valideynlə əlaqə, xatırlatma, bildiriş, sorğu və sadiqlik proqramı sistemin içindədir.

İnteqrasiya

Sistem istifadə etdiyiniz digər sistemlərlə inteqrasiyaya hazırdır.

Valideyn tətbiqi

Övladınız binaya girdi. Telefonunuza dərhal xəbər gəlir.

Valideyn portalı Android və iOS tətbiqində. Şagird RFID kartını vuran an giriş və çıxış qeydə alınır, valideynə bildiriş gedir.

  • Giriş və çıxış nəzarətiValideyn övladının nə vaxt gəldiyini və çıxdığını tətbiqdə görür.
  • Anında bildirişKart vurulan kimi telefona bildiriş gəlir.
  • Bütün məlumat bir tətbiqdəDavamiyyət, qiymət, imtahan nəticəsi və ödəniş valideyn portalındadır.
  • Android və iOSTətbiq hər iki platformada işləyir.
TEDRA ValideynNümunə
Aynur binaya daxil olduRFID kart · 08:52
indi
Aynur binadan çıxdıRFID kart · 13:30
dünən
Riyaziyyat: yeni qiymət 5
dünən
Fərq nədədir

Tədris mərkəzi idarə etmək belə çətin olmamalıdır

Hər ay eyni işlər təkrarlanır: borc hesablanır, maaş yoxlanır, valideynə zəng edilir. TEDRA bu işi sizin əvəzinizə görür.

Bu günTEDRA ilə

Borcu dərs-dərs əl ilə hesablayırsınız

Davamiyyət təsdiqlənən an borc özü yazılır

Kimin nə qədər gecikdiyini dəftərdən axtarırsınız

Kim, nə qədər, neçə gün gecikib, bir sətirdə görünür

Valideynlərə tək-tək zəng edirsiniz

Sistem kimə, nə vaxt xatırlatma lazım olduğunu göstərir, mesaj bir kliklə gedir

Müəllim maaşı ay sonunda mübahisəyə çevrilir

Maaş keçilən dərs faktına görə hesablanır

Gəliri bilirsiniz, real qazancı yox

Xərc, endirim və müəllim payı ilə real balansı görürsünüz

Hər filial ayrı fayldır

Hər filial ayrı idarə olunur, siz hamısını birlikdə görürsünüz

Rəqəmlə danışaq

Gecikən ödəniş görünməyən itkidir

250 tələbə, orta aylıq ödəniş 120 ₼ və 18% gecikmə olan mərkəzdə hər ay 5,400 ₼ vaxtında daxil olmur. İl ərzində bu, 64,800 ₼ edir.

Öz rəqəminizi hesablayın
64,800 ₼il ərzində vaxtında daxil olmayan məbləğ

Leyla Qasımova «İngilis dili B1 · Qrup 3» qrupuna əlavə olundu

demo.tedra.az
Bakı — Mərkəz filialıTələbə, qrup və ya ödəniş axtar…3ÜƏ

Panel

Cümə, 18 sentyabr · bu gün 4 dərs, 3 ödəniş
Aktiv tələbə248+12 bu ay
Bu ay gəlir18,400 ₼+8%
Davamiyyət92%bu həftə
Açıq borc3,150 ₼14 tələbə
Aylıq gəlirmin ₼ · son 6 ay
11.2Apr
12.0May
12.8İyn
13.5İyl
15.1Avq
18.4Sen
Bu günün dərsləri1 / 4 keçilib
  • İngilis dili B1Qrup 3 · Otaq 1 · S. Əliyeva
    Keçdi
  • Riyaziyyat 9Qrup 2 · Otaq 2 · N. Məmmədova
    İndi
  • ProqramlaşdırmaQrup 1 · Otaq 1 · R. Hüseynov
    Gözləyir
  • İngilis dili A2Qrup 5 · Otaq 2 · S. Əliyeva
    Gözləyir
Son ödənişlərbu gün
  • AH
    Aynur Hüseynovaİngilis dili B1 · nağd
    150 ₼
  • FƏ
    Fidan ƏliyevaRiyaziyyat 9 · köçürmə
    200 ₼
  • RM
    Rauf MəmmədovProqramlaşdırma · nağd
    175 ₼
Borcu olan tələbələrxatırlatma göndərilir
  • Nicat Alıyevİngilis dili A2 · 6 gün
    60 ₼
  • Kamran SəfərovRiyaziyyat 9 · 11 gün
    200 ₼
  • Günel VəliyevaProqramlaşdırma · 3 gün
    175 ₼
Üstünlüklərimiz

TEDRA-nı fərqləndirənlər

Sistem ümumi ERP-dən uyğunlaşdırılmayıb, tədris mərkəzinin gündəlik işi üçün qurulub.

Tam Azərbaycan dilində

İnterfeys, hesabat və dəstək Azərbaycan dilindədir.

Borc özü yazılır

Davamiyyət təsdiqlənən an borc avtomatik yazılır.

Bir sistemdə 16 modul

Tədris, maliyyə, kadrlar, CRM və hesabatlar bir yerdədir, ayrı proqram almağa ehtiyac qalmır.

3 iş günündə quraşdırma

Mövcud Excel siyahılarınızı biz köçürürük, mərkəzin işi dayanmır.

Hər mərkəz ayrı bazada

Məlumatlarınız başqa müştəri ilə eyni cədvəldə saxlanmır.

Birbaşa komanda

Dəstək Azərbaycan dilində, birbaşa komandadan gəlir.

Quraşdırma və inteqrasiya

Sizə uyğun formada işləyir

Server xidməti üçün ayrıca ödəniş yoxdur, istifadəçi sayı məhdud deyil.

Bulud

Server qayğısı olmadan işləyirsiniz. Saxlama və yeniləmə bizdədir.

On-premise

Sistem öz serverinizdə quraşdırılır.

ƏMAS

Gold və VIP paketlərində ƏMAS inteqrasiyası mövcuddur.

Elektron Qaimə

Gold və VIP paketlərində Elektron Qaimə inteqrasiyası mövcuddur.

Digər sistemlər

Sistem istifadə etdiyiniz digər sistemlərlə inteqrasiyaya hazırdır.

İstifadəçi limiti yoxdur

Müəllim, işçi və rəhbərlik üçün istədiyiniz qədər hesab yaradırsınız.

Modullar

16 modul — yalnız işlədəcəyinizi aktivləşdirin

Kiçik mərkəz lazım olan modullarla başlayır, filial şəbəkəsi hamısını işlədir. Hər modulun yanında onun gündəlik işinizdən nəyi götürdüyü yazılıb.

  • Tələbə qeydiyyatıMövcud Excel siyahınız olduğu kimi köçürülür
  • Fənn və qruplarSəviyyə, qrup tutumu və boş yer sayı
  • Dərs cədvəliQrup və müəllim üzrə həftəlik dərs cədvəli
  • DavamiyyətTəsdiqlənən an borc avtomatik yazılır
  • QiymətləndirməQiymətlər və tələbənin inkişaf dinamikası
  • Sınaq imtahan sistemiSınaq imtahanı yaradılır, nəticələr avtomatik hesablanır

16 modula baxın

Sistemin içi

Reklam şəkli deyil — işləyən sistemin ekranları

Hamısı TEDRA-nın canlı demo mühitindən götürülüb.

Bütün mərkəz bir ekranda

  • Aktiv tələbə, aktiv qrup və müəllim sayı — anlıq
  • Daxilolma, xərc, endirim və qazanc yan-yana
  • Filial və tarix aralığı seçilir, rəqəmlər dərhal yenilənir
1 617.50 ₼ daxilolma · 662.50 ₼ qazanc
demo.tedra.az
TEDRA ERP — Dashboard

Sistemi canlı görmək istəyirəm

Müqayisə

Bu gün mərkəziniz necə idarə olunur?

Əksər tədris mərkəzləri üç yoldan birini seçir. Fərq nəticədə görünür.

MeyarTEDRA ERPExcel + kağızÜmumi təyinatlı ERP
Azərbaycan dilində interfeys və hesabatBəliÖzünüz qurursunuzÇox vaxt yoxdur
Davamiyyət təsdiqlənəndə borcun avtomatik yazılmasıAvtomatikƏl ilə hesablanırXüsusi hazırlama tələb edir
Dərs faktına görə müəllim maaşıAvtomatikAyrıca cədvəlAdətən yoxdur
Valideynlə əlaqə və bildirişlər (CRM tərəfi)DaxildirFərdi zənglərMəhdud
Çox filial və filial üzrə ayrı hesabatDaxildirAyrı-ayrı fayllarVar
İşə salma müddəti1 iş günü—Həftələr, bəzən aylar
Dəstək dili və əlçatanlığıAzərbaycan dili · birbaşa komanda—Xarici dildə · sorğu sistemi
Tətbiq prosesi

Necə başlayırıq

Quraşdırma 3 iş günü çəkir. Mövcud siyahılarınızla başlayırıq, mərkəzin işi dayanmır.

  1. 11-ci gün

    Tanışlıq və köçürmə

    Mövcud Excel siyahılarınızı — tələbə, qrup, ödəniş — sistemə biz köçürürük.

  2. 22-ci gün

    Komanda təlimi

    Rol üzrə təlim: müəllim, mühasib, administrator — hər kəs öz ekranı üzərində.

  3. 33-cü gün

    Canlıya çıxış

    Sistem işə düşür. Sual yaranan kimi cavablandırılır, tənzimləmələr edilir.

  4. 4Davamlı

    Dəstək və inkişaf

    Yeniləmələr fasiləsiz təqdim olunur. İstəkləriniz növbəti versiyaya daxil edilir.

Excel və ya DəftərTEDRA

Qarışıq məlumat öz yerini tapır

Aşağı sürüşdürün. Hər nöqtə bir tələbə, bir ödəniş, bir dərsdir — Excel cədvəllərinə və dəftərlərə səpələnmiş vəziyyətdən bir sistemdə, TEDRA-da birləşənə qədər.

  • 16modul — ehtiyacınıza görə aktivləşdirilir
  • 3şəhərdə aktiv istifadə: Bakı, Sumqayıt, Xaçmaz
  • 100%Azərbaycan dilində interfeys, hesabat və dəstək
  • 3 iş günüərzində quraşdırma və məlumat köçürmə
Müştərilərimiz

Hər səhər TEDRA ilə açılan mərkəzlər

TEDRA ERP artıq bir neçə tədris mərkəzinin bütün proseslərini idarə edir.

Yeni Nəsil Tədris Mərkəzi

BakıSumqayıtXaçmaz

3 filial TEDRA ilə işləyir

Çağrı Kursları

2 filial TEDRA ilə işləyir

Növbəti siz ola bilərsiniz

Mərkəzinizi 30 dəqiqəlik demoda öz məlumatlarınızla görün.

Ödənişsiz demo
Risk sizdə deyil

Sınamaq üçün heç nə itirmirsiniz

24 saat ödənişsiz

Demonu indi özünüz açın, kart və ya öhdəlik tələb olunmur.

Köçürməni biz edirik

Tələbə, qrup və ödəniş siyahılarınızı sistemə biz keçiririk.

Məlumat sizindir

Hesabat və siyahıları istənilən vaxt Excel-ə çıxarırsınız.

İstədiyiniz zaman dayandırın

Uzunmüddətli öhdəlik yoxdur, şərtlər müqavilədə aydın yazılıb.

Mərkəzinizi 30 dəqiqəyə

Sistemi öz məlumatlarınızla nümayiş etdiririk. Komandamız 24 saat ərzində əlaqə saxlayır.